Arxitektor axtarılır

İldə təxminən 5 milyon turistin ziyarət etdiyi məşhur Kolizeyin arxitektural qurluşuna nəzarət etmək üçün mütəxəssis axtarılır.

Metbuat.az bildirir ki, İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi Dario Françesçini bu barədə məlumat verib. Nazir mədəniyyət abidələri, yaxud muzey idarəçiliyində təcrübəsi olan şəxslərin bu iş üçün müraciət edə biləcəyini açıqlayıb.

Elanın beynəlxalq səviyyədə edildiyini söyləyən Françesçini, mədəni sahələrdə milli kimliyin heç də rol oynamadığını vurğulayıb. İşə cəlb olunacaq mütəxəssisin illik 150 min avro əmək haqqı alacağı da diqqətə çatdırılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR