Alim Qasımovdan həmkarlarına cavab gəldi:

Azərbaycanın Xalq artisti, peşəkar muğam ustadı Alim Qasımovun "Muğam bizim deyil, şərqindir" fikrinə onun həmkarları sərt reaksiya verib.

Məsələ ilə bağlı Mətbuat.az-a açıqlama verən Alim Qasımov bildirib ki, onun dedikləri təhrif edilib:

“Mən deməmişəm ki, Azərbaycanın muğamı yoxdur! Mənə zəng edib sual verirlər, danışandan sonra baxıram ki, tamamilə başqa sözlər yazılıb. Sözlərimi təhrif edibər. Mən muğamımızı danmışam?! Bir daha təkrarlayıram, biz Şərq ölkəsiyik. Hər ölkənin öz muğam tərzi var. Bizim də özümüzə məxsus muğamımız və onun tarixi var. Sizdən xahiş edirəm ki, fikirlərimi olduğu kimi yazın.Əlibaba müəllim də, bu haqda danışıb. Demək istəyirəm ki, o, bizim ustadımızdır, nə deyibsə, düz deyib! ”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR