İnsanın özünü yeməsi

Otofaji insanın bədənindəki hər hansı bir hissəsini yemək arzusuna deyilir.

Otofaji əslində, çox sıx rastlaşdığımız bir xəstəlikdir. Hər nə qədər xəstəliyin irəliləmiş və təhlükəli tipləri olsa da, dırnaq yemək, barmaq və dodaqlardan qopan ölü dəriləri çeynəmək də otofaji xəstəliyinin əlamətləri ola bilər. Artan stress nəticəsində ortaya çıxan otofajinin bu tipləri insanların tibbi yardıma ehtiyac duyğmadığı, xəstəliyə çox da önəm vermədiyi anlamına gəlir. Xəstəliyin ciddi dərəcələrə çatdığı halda isə insan özünü yeməyə əngəl ola bilmir və özünü şikəst edənə qədər prosesi davam etdirir.

Metbuat.az məlumat verir ki, xəstəliyin əmələ gəlmə səbəbləri haqqında bir neçə fərziyyə var. Fərziyyəyə görə, xəstəliyə qida çatışmazlığının, psixoloji stressin ya da beynin iştahı idarə edən bölümlərində meydana gələn anomaliyaların səbəb olduğu düşünülüb. Psixoloqlar isə deyir ki, cinsəl problemləri olan və stresslə mübarizə aparan insanlarda bu xəstəliyə rast gəlmək olar. Ancaq qeyd etdiyimiz kimi bunlar sadəcə ehtimallardır və heç bir elmi sübuta əsaslanmır.

Otofajinin müalicəsi üçün həm fizioloji, həm də psixoloji səbəblərin araşdırılması vacibdir. Bədəndəki yaraların müalicəsi ilə yanaşı insanda sarışan hallar nevrozunun (obsessiyalar) olub-olmadığı təsbit edilməlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR