"Fəlakət" evlənməyə hazırlaşır

"Bozbash pictures" komandasının sevilən obrazı "Fəlakət"i canlandıran Elşən Orucov Metbuat.az-a şəxsi həyatından danışıb. Aktyor sevgilisi olduğu haqda çıxan xəbərləri yalanlayıb:

“Hazırda şəxsi həyatımda heç kim yoxdur, boşluqdur. Bəzən saytlarda sevgilimin olması haqda xəbərlər olur. Bunlar hamısı əsassızdır"

Tanınmış aktyor işlərinin çoxluğuna görə evlilik planlarını müvəqqəti təxirə saldığını açıqlayıb:

"Düzünü desəm, artıq bu haqda düşünürəm. Vaxtı gəlib, evlənmək də lazımdır. İstərəm ki, həyatımda özəl bir xanım olsun. Açığı bunun olmamasının səbəbi mənim vaxt azlığımdır. Bütün günü işə görə ora-bura qaçıram, ölkədə olmuram”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR