Sürücülərin nəzərinə: Bu küçədə hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə: Bu küçədə hərəkət məhdudlaşdırılır
17:09 17 Mart 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

 

Aparılacaq təmir işləri ilə əlaqədar Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.

 

“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən bir neçə günlük tətbiq ediləcək. 

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR