BDU-da Novruz şənliyi keçirilib - FOTOLAR

BDU-da Novruz şənliyi keçirilib - FOTOLAR
17:23 17 Mart 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, rector Abel Məhərrəmov bayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımındanNovruzun keçirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib, dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib.

Tədbir Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı ilə davam edib. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli, direktoru adıçəkilən Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə direktoru Yeganə Axundova, baş drijoru Fuad İbrahimov olan orkestrin ifasında Qara Qarayevin "Adajio və rəqs", Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Astor Piatsollanın “Fuqa-misterio”, Niyazinin “Qaytağı”, Aqşin Əlizadənin “Cəngi” əsərləri səsləndirilib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR