Ən faydalı və zərərli maddələr - SİYAHI

Ən faydalı və zərərli maddələr - SİYAHI
17:28 17 Mart 2017
188 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada ən faydalı və ən zərərli xüsusiyyətlərinə görə ən bahalı maddələr bunlardır.

Publika.az həmin siyahını təqdim edir:

1. Zəfəran - payızda yetişən olduqca bahalı bitkidir. Tərkibi şəkər və üzvi turşularla zəngin olan zəfəran əsəb zəifliyini aradan qaldırır, öskürək, bronxit və astma kimi xəstəliklərə faydalıdır. Bitki İspanya, İran, Kəşmir, Fransa, Italya ve Türkiyədə yetişdirilir. 1 qramı 11 dollara satılan zəfəran dünya miqyasında olduqca qiymətli sayılır.

2. Qızıl - Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 79-cu sırada gələn qızıl təbiətdə saf şəkildə rast gəlinən maddədir. Qızıl əşyalar böyrək zəifliyi, qara ciyər, oynaq ağrıları olan insanlara faydalıdır. İstehsalına görə ölkələr arasında ilk üçlüyü Çin, Avstraliya və ABŞ bölüşür. Qızılın 1 qramı 56,73 dollara satılır.

3. Rodium - D.Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 88-ci elementdir. 1 qramı 58 dollardır.

4. Platin - dövri sistemin 78-ci elementi olan platin gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır. Elmi təcrübələrdə katalizator kimi istifadə olur. Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibində bu maddəyə rast gəlmək olar. 1 qramı 58 dollardı.

5- Metamfetamin - narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddədir. 6-24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Eroindən daha çox asılılıq yaratdığı irəli sürülən bu maddə davamlı istifadə zamanı ağız boşluğunda "Met ağzı"(dişlərin tökülməsi) deyilən xəstəlik yaradır. Əsasən dərmanlarda istifadə edilir. 1 qramı 100 dollardır.

6. Gərgədan buynuzu - bitkinin xərçəng xəstəliyinə qarşı müalicəvi keyfiyyətləri var. 1 qramı 110 dollara satılır.

7. Heroin - Dünyanın ən təhlükəli maddələrindən biridir. Yüksək doza qəbulu zamanı komaya səbəb ola bilər. Şüuru dəyişib həyat gerçəklikləri ilə oynayan heroin dünyanın ən bahalı maddələri arasında yer alır. 1 qramı 131 dollar.

8. Kokain - Təhlükəli narkotik maddələr sıralamasında heroinlə yarışır. Eyni keyfiyyətlərə məxsus olan narkotik maddənin 1 qramı 215 dollar təşkil edir.

9. Dietilamid lizergin turşusu (LSD)- narkotikin bir növü sayılan bu maddə 1960-cı illərdə geniş yayılmışdı. İnsana göstərdiyi psixoloji təsirlər səbəbindən qadağan olunmuşdu. Dozadan asılı olaraq beyin zədələnməsinə, müxtəlif paranoyalara yol açır. 1 qramı 3000 dollardı.

10. Plutonium dövri sistemin 94-cü elementidir. Maddə hərbi əməliyyatlarda geniş istifadə olunur. Yüksək dərəcəli zəhərləyici keyfiyyətlərə malikdir.1 qramı 4000 dollar.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR