Naməlum vertolyot gəmiyə atəş açdı - Azı 30 nəfər öldü

Naməlum vertolyot gəmiyə atəş açdı - Azı 30 nəfər öldü
17:32 17 Mart 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən sahillərində naməlum vertolyotdan açılan atəş nəticəsində qaçqınlar olan gəmidə azı 31 nəfər ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölənlər arasında qadınlar və uşaqlar da olub. Məlumat BMT tərəfindən təsdiqlənib və bildirilib ki, Yəməndən Sudana doğru hərəkət edən gəminin sərnişinlərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sənədləri olub.

Reuters agentliyi gəminin ekipaj üzvlərindən birinə istinadən xəbər verir ki, təxminən 80 miqrant xilas edilə bilib.

Gəmiyə aviazərbə endirənlərin kimliyi və məqsədləri haqda məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR