Ağız qoxusundan belə xilas olun

Ağız qoxusu (tibbi adi ilə halitoz) nəfəsdən pis qoxunun gəlməsidir.

Metbuat.az bildirir ki, pis qoxu ağızın içindən gəlməsinə baxmayaraq, diş və ağızdan qaynaqlanmaya bilər. Ağız və diş gigiyenası düzgün aparılmadıqda. pis qoxunun gəlməsi labüddür. Bundan əlavə ağız qoxusu qaraciyər, mədə və böyrəkdə əmələ gələn önəmli bir xəstəliyin ilk simptomları kimi meydana gələ bilər. Ağız qoxusu fizioloji və patoloji olmaqla iki yerə bölünür. Fizioloji ağız qoxusu - sağlam olan hər bir insanın yuxudan oyandığı zaman ağzında hiss etdiyi və həzm borusunda yığılıb qalan qazların, eləcə də dilin üstündə yaranan bakteriyaların səbəb olduğu qoxudur. Bunun müalicəsinə ehtiyac yoxdur.

Pataloji ağız qoxusu - ağızın içində və çölündə meydana gələ bilər. Bunun da bir çox səbəbləri ola bilər.

Ağızdan pis qoxunun gəlməsi sağlamlıqla yanaşı, insanın sosial münasibətlərinə də mənfi təsir edir. İnsanlar adətən danışmaqdan çəkinirlər və ya əllərini ağızlarına tuturlar. Bu da sosial həyatı, münasibətləri çox ciddi şəkildə zədələyən faktorlardan biridir.

Metbuat.az bildirir ki, çox sadə üsulla ağız qoxusundan xilas ola bilərsiniz. Bunun üçün gündə 2-3 ədəd təzə mixək çeynəyin. Mixək antiseptik, antibakteriyaldır. Göbələk əmələ gəlməsinin qarşısını alır, ağrıkəsicidir və ağızdakı pis qoxuları azaldır. Mixəyi əsla udmayın, xəfifcə çeynəyin. Mixəyin faydaları bununla bitmir. Qədimdə başağrısından mixək sirkəsi ilə can qurtarırdılar. Bunun üçün 2 xörək qaşığı tünd sirkəni (essensiyanı yox) 1 çay qaşığı mixək qönçəsinə qataraq onu tixacla bərk bağlanmış flakonda isti yerdə bir həftə saxlamaq lazımdır. Başağrısı zamanı gün ərzində mixəyin iyini bir neçə dəfə ciyərlərə çəkmək lazımdır.

Üzünüzə yara, çivzə çıxanda mixəyin efir yağının 20 damcısını 100 ml distillə edilmiş suya qatın, həmin məhlulla hər gün üzünüzü silin.

Bu möcüzəli ədviyyatı dişlərin lap çinsayağı ağardılması üçün istifadə etmək olar. Bunun üçün mixək və sarı acıçiçəyin hərəsindən 0,3 q üyüdərək dişlərinizi 3 gün ərzində bu tozla yuyun.

Bağırsaqlarda qurd olanda möhkəm tündlüyü olan mixək çayı dəmləyin, gündə bir dəfə yeməyə 20 dəqiqə qalmış üstündən su içməklə ondan bir çay qaşığı için.

Soyuqlama və öskürək zamanı limon şirəsini suda həll etmək, ona 3 mixək qönçəsi və bir az da bal qatmaq lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR