Fillərin xəstəxanası bağlanır

Taylandda dünyada ilk dəfə fillər üçün açılan xəstəxana büdcə qıtlığı səbəbindən bağlana bilər.

Metbuat.az bildirir ki, xəstəxanadan verilən məlumatda Tayland hökumətindən maliyyə ayrılmadığı müddətdə xəstəxananın fəaliyyətini dayandırması təhlükəsinin olduğu qeyd edilib. 25 il ərzində 4600-dən çox fil müalicə alsa da, hazırda orada yalnız 5 filin olduğu deyilir.

Xatırladaq ki, 2008-ci ildə xəstəxanada tibb tarixində ilk dəfə olaraq protez fil ayağı hazırlanıb.

Orxan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR