Berluskoni ilə şam yeməyi üçün 70 min avro ödədi - HƏRRAC

Berluskoni ilə şam yeməyi üçün 70 min avro ödədi - HƏRRAC
17:53 17 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya sakinlərindən biri ölkənin keçmiş baş naziri Silvio Berluskoni ilə şam yeməyi üçün 70 min avro ödəyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, vəsait İtaliyanın mərkəzi hissəsində baş verən zəlzələlər seriyası nəticəsində zərər çəkənlərə yönəldiləcək.

Səksən yaşlı media maqnatı və siyasətçi ilə şam yeməyi İtaliya Qırmızı Xaçı ə bir sıra xeyriyyə təşkilatlarının təşəbbüsü ilə “CharityStars” portalı tərəfindən təşkil edilmiş xeyriyyə hərracının lotlarından biri olub.

TG24 telekanalının xəbərinə görə, sabiq baş nazirlə şam yeməyi üçün bu qədər böyük məbləğ ödəmiş italyan xeyriyyə tədbirində nənəsinin təşəbbüsü ilə iştirak etməyə qərar verib. O, bildirib nənəsi Berluskoninin çoxdankı pərəstişkarıdır.

Hərracın şərtlərinə əsasən, Berluskoni italyanla şam yeməyini Milanın yaxınlığında yerləşən villasında edecək. Yeməyin dəqiq tarixi ən yaxın günlər ərzində müəyyən edələcəklər.

Qeyd edək ki, 2016-cı ilin avqustunda baş verən zəlzələlərin ölkəyə verdiyi zərər 23 milyard avronu ötüb. Ən dağıdıcı yeraltı təkanı avqustun 24-də baş verib. Amatriçe şəhəri tamamilə məhv olub və 300 insan həyatını itirib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR