"Onların çoxunun tələbə yataqxanlarına ehtiyacı var" - Qənirə Paşayeva

"Onların çoxunun tələbə yataqxanlarına ehtiyacı var" - Qənirə Paşayeva
18:47 17 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva parlamentdə hökumətin növbəti hesabatı zamanı bir daha tələbə yataqxanları məsələsini qaldırıb.

Milli.Az  qafqazinfo-ya istinadən xəbər verir ki, o, çıxışında deyib ki, bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və onlar yüksək qiymətə kirayə evlərində yaşamaqda çətinlik çəkirlər:

"Onların çoxunun tələbə yataqxanlarına ehtiyacı var. Ancaq təəssüflər olsun ki, bu məsələdə hələ də irəliləyiş yoxdur".

Millət vəkili çıxışında həmçinin, ictimai nəqliyyata nəzarət məsələsinə toxunub. O, bu günlərdə 6 nəfərin faciəli ölümü ilə nəticələnən Bakı-Sumqayıt yolunda baş verən məlum qəzanı xatırladıb: "Mən bilirəm ki, hörmətli nazirimiz Ramin Quluzadə nəqliyyat məsələsi ilə bağlı bir sıra işlər görür, bu yöndə addımların atılması nəzərdə tututulur. Amma bununla belə, hesab edirəm ki, ictimai nəqliyyata nəzarət məsələsi ciddi diqqətdə saxlanılmalıdır. Bu günlərdə Bakı-Sumqayıt yolunda baş vermiş faciəli qəza bunu bir daha aktual və zəruri edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR