"Barselona" - "Lester" oyununu görmək üçün yarımfinalı gözləmək lazım gələcək"

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Metbuat.az-ın məlumatına görə, keçmiş futbolçu, hazırda BBC-də aparıcılıq edən Qari Lineker "Twitter"də püşkatmanın nəticələrini dəyərləndirib:

"Lester"in "Barselona" ilə düşəcəyinə ümid edirdim. Bunun üçün yarımfinalı gözləmək lazım gələcək".

Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən, "Barselona" "Yuventus"a, "Lester" isə Madrid "Atletiko"suna rəqib olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR