"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan

"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
21:32 17 Mart 2017
964 Dünya
Ölkə mətbuatı
A- A+

"Avropada yaşayan qardaş-bacılarıma səslənirəm. Oralara sahib çıxın. Daha yaxşı şəhərlərdə yaşayın. Ən yaxşı avtomobillərdə gəzin, ən yaxşı evlərdə yaşayın. Üç deyil, beş uşaq dünyaya gətirin. Çünki Avropanın gələcəyi sizsiniz. Sizə qarşı edilən haqsızlıqlara veriləcək ən gözəl cavab bu olacaq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirdə xalq qarşısında çıxışı zamanı söyləyib.

"Ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kayanı Hollandiyada qarşılamağa gələn insanlara qarşı itlərlə hücum etməyin nəyi demokratiyadır? Hüseyn Kurt qardaşımı yerdə itlərə parçaladanların keçmiş Romadakı qladiatorlardan nə fərqi var?", - deyə Ərdoğan bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR