İspaniyada fəaliyyət göstərən ETA terror təşkilatı aprelin 8-də silahlanma prosesini tamamilə dayandıracaqlarını açıqlayıb.
Metbuat.az-ın məlumatına görə, xəbər artıq İspaniyanın terrorla mübarizə qurumları tərəfindən təsdiqlənib. İspaniya Daxili İşlər nazirliyi isə məsələyə münasibət bildirməyib.
Aktif olduqları 50 il müddətində partlayışlar və sui-qəsdlər törədən, 800-dən çox insanın ölümünə səbəb olan ETA 2011-ci ildə təktərəfli atəşkəs elan etmişdi. Buna baxmayaraq, terror təşkilatı kənardan silahlanmaya davam edirdi.