Tramp və Merkel bir-birlərinə əl vermədi - VİDEO

Tramp və Merkel bir-birlərinə əl vermədi - VİDEO
23:24 17 Mart 2017
196 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər.

 

APA-nın “Politico”-ya istinadən verdiyi xəbərə görə, görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən  bir-birlərinə əl verməyi xahiş edib.

 

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

 

KİV-lərin qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını  sadəcə eşitməyib. Buna baxmayaraq Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR