Almanların əsas problemi -

Xəstəlik sığortası DAK Almaniya daxilində araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, almanların 80 faizi yuxu problemlərindən əziyyət çəkir.

Metbuat.az-ın məlumatına görə, Almaniyada, 2010-cu ildə 60 faiz olan yuxu pozğunluğu göstəricisinin 7 il ərzində 20 faiz artması narahatlıqla qarşılanıb. DAK sığortanın rəhbəri Andreas Storm əsəb xəstəliklərindən əziyyət çəkən insanların çoxalmasını birbaşa bu məsələ ilə əlaqələndirib.

Almaniyada yuxu problemləri səbəbindən dərman qəbul edənlərin sayında isə iki qat artım qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR