ABŞ Şimali Koreyanı təhdid etdi -

Cənubi Koreyaya səfər edən ABŞ xarici işlər naziri Reks Tillerson Şimali Koreyaya hərbi müdaxilə edə biləcəklərini deyib.

Metbuat.az-ın məlumatına görə, cənubi koreyalı həmkarı Yun Byunq-Se ilə birlikdə mətbuat konfransı keçirən Tillerson artıq səbirlərinin tükəndiyini bildirib:

"Səbir strategiyası" başa çatdı. Bir neçə həll yolunu nəzərdən keçirəcəyik. Bütün variantlar masadadır.

Əlbəttə ki, hərbi qarşıdurmanın baş verməsini istəmirik. Ancaq Koreya Xalq Demokratik Respublikası nüvə silahını inkişaf etdirməyə davam edərsə, hərbi müdaxilə variantı da gündəmə gələ bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR