Tramp və Merkel Ag Evdə bir-birlərinə əl vermədi

Tramp və Merkel Ag Evdə bir-birlərinə əl vermədi
00:23 18 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər.

Publika.az APA-ya istinadən xəbər verir ki, görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

KİV-lərin qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını sadəcə eşitməyib. Buna baxmayaraq Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar. Qeyd edək ki, Almaniya kanslerinin qarşılanma mərasimində və görüşdən sonra baş tutan brifinqdə siyasətçilər bir-birlərinə əl veriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR