Bütün müəssisələrə vergi öhdəliyi qoyuldu

Bütün müəssisələrə vergi öhdəliyi qoyuldu
02:23 18 Mart 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

Omanda korporativ vergi dərəcəsinin 12 faizdən 15 faizə qaldırılması barədə qərar qəbul edilib və bütün müəssisələrə vergi ödəmək öhdəliyi qoyulub.

Publika.az vergilər.az saytına istinadla bildirir ki, əvvəllər bu vergini ödəmək üçün müəyyənləşdirilmiş 30 min Oman realı (77,9 min ABŞ dolları) məbləğində hədd korporativ verginin yalnız gəlirləri yüksək olan şirkətlərdən tutulmasını tələb edirdi. Lakin şirkətlərin kütləvi şəkildə vergidən yayındıqları barədə çoxsaylı faktlar aşkar ediləndən sonra hökumət bütün müəssisələri vergi öhdəliyinə cəlb etmək qərarına gəlib.

Omanın maliyyə naziri bildirib ki, ödənişlərin daha da şəffaflaşdırılması üçün vergi sisteminin sadələşdirilməsi layihəsinə hazırlıq görülür. Hazırda güzəştli vergi rejimi yalnız audit, vergi bəyannamələrinin hazırlanması və mühasibat uçotu sahəsində çalışan kiçik şirkətlərə aid edilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR