Tripolidə nümayişçilərə atəş açıblar

Tripolidə nümayişçilərə atəş açıblar
08:22 18 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Cümə günü axşam Liviyanın paytaxtı Tripolidə yerli qruplaşmalardan birinin yaraqlıları bütün qanunsuz silahlı birləşmələrin şəhərdən çıxmasını tələb edən nümayişçilərə atəş açıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə fəal və hüquq müdafiəçisi İsam Tacuri RİA "Novosti"yə məlumat verib.
Onun sözlərinə görə, nümayişdə bir neçə yüz adam iştirak edib.
"Yaraqlılar Liviya paytaxtının mərkəzində yerləşən Əş-Şühəda meydanında atıcı silahlardan nümayişçilərə atəş açaraq onları dağıtmağa çalışıblar. İnsanlar ordunun birləşməsini və qanunsuz silahlı qruplaşmaları paytaxtdan qovmasını tələb ediblər", - deyə Tacuri bildirib.
Zərərçəkənlər barədə məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR