Oğurlanmış iPhone və iPad "sındıralacaq"

Oğurlanmış iPhone və iPad "sındıralacaq"
08:52 18 Mart 2017
Ölkə mətbuatı
A- A+

Tədqiqatçı Brayan Krebs aktivasiyanın bloklanması funksiyası ilə bağlanan "iPhone" və "iPad" qurğularının blokdan çıxarılması üçün üsul kəşf edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatçı mütəşəkkil cinayətkarlıqla sıx əməkdaşlıq edən fırıldaqçılar qrupu haqqında məlumat verərək anonimliyi saxlanılmaqla informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert tərəfindən aparılan təhqiqatın nəticələrini dərc edib.

Məlumata görə, "iPhone" smartfonunun oğurlanması və ya itirilməsi halında istifadəçilər qurğunun olduğu yerin müəyyənləşdirilməsi və bloklanması üçün "Find My iPhone" funksiyasından istifadə edə bilirlər. Funksiyadan "Apple" şirkətinin saytında "iCloud" servisində avtorizə üçün hesab məlumatlarını daxil etməklə istifadə etmək olar. B.Krebsin sözlərinə görə, cinayətkarlar oğurlanmış "iPhone" və "iPad" qurğularının blokdan çıxarılması və sonradan satılması məqsədilə məhz "Find My iPhone" funksiyasından yararlanırlar.

Qeyd olunur ki, bir müddət əvvəl ekspert maraqlı hadisə ilə qarşılaşıb. "iPhone" smartfonunu itirən B.Krebsin dostunun oğlu sonradan "Apple" şirkətindən itirilən qurğunun olduğu yeri müəyyənləşdirmək üçün qeyd olunan internet ünvanına daxil olmaqla bağlı SMS bildirişi alıb. Linkə keçid alan istifadəçi fırıldaqçılar tərəfindən hesab məlumatlarının oğurlanması üçün yaradılan saxta "iCloud" avtorizə səhifəsinə daxil olub.

Fişinq hücumu vasitəsilə "iPhone" smartfonunun məsafədən blokunun açılması üzrə servisin operatorunun Conatan Rodriges adlı Puertorika sakininin olması müəyyən olunub.

Bu hesab məlumatından, həmçinin "Remove iCloud" servisinin reklamı və 2800-ə yaxın iştirakçısı olan "iCloud Unlock Ecuador - Worldwide" qrupunun inzibatçılığı üçün istifadə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/526799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR