Advokat “Fənərbaxça”nı tərk edəcək

Advokat “Fənərbaxça”nı tərk edəcək
09:05 18 Mart 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Dik Advokat mövsüm başa çatdıqdan sonra ""Fənərbaxça"nın baş məşqçisi postunu tərk edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hollandiyalı mütəxəssis superliqanın son turunda "Konyaspor"a məğlubiyyətdən sonra deyib.
 
"Qərarımı klub rəhbərliyinə artıq çatdırmışam. Mövsüm sonunda buradan ayrılacam, həmçinin məşqçilik fəaliyyətinə son qoyacam", deyə D.Advokat bildirib.
 
Qeyd edək ki, 69 yaşlı D.Advokat mövsümün əvvəlində "Fənərbaxça"-ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Hollandiya millisi AVRO-2004-də bürünc medal, Sankt-Peterburqun "Zenit" klubu isə 2008-ci ildə UEFA Kuboku və Superkubokunu qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR