"Fənərbaxça"nın futbolçusu oyun zamanı əlini qırdı - VİDEO

"Fənərbaxça"nın futbolçusu oyun zamanı əlini qırdı -   VİDEO
09:57 18 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Fernandao "Konyaspor"la Super Liqanın XXV tur matçında əlini sındırıb.


33-cü dəqiqədə braziliyalı hücumçu cinah asmasından sonra top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən "sambaçı" xəstəxanaya çatdırılıb. Onun durumuna rentgen müayinəsindən sonra aydınlıq gələcək. Meydana isə Robin van Persi daxil olub.


Qeyd edək ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş "Konyaspor"un qələbəsi ilə yekunlaşıb - 3:2. ("Report")



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquotnn-futbolcusu-oyun-zaman-lini-qrd-t56997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR