Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, hər 3 nəfərdən biri gününün böyük hissəsini sosial şəbəkələrdə keçirir. Şəbəkə dedikdə isə, ağıla daha çox, “Facebook" və “Twitter" gəlir.
Metbuat.az xəbər verir ki, 2004-cü ildə yaradılan "Facebook" istifadəçilərinin sayı 40 milyon nəfər artıb. Dünyada təxminən 1,32 milyard insan ay ərzində ən azı bir dəfə bu şəbəkənin xidmətlərindən istifadə edir. İllik gəliri təxminən 51 milyard olan şəbəkənin mobil auditoriyasında da aktivlik özünü göstərir. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, “Whatsapp” və “İnstagram” servislərinə də sahib olmaqla, “Paper” və “Messenger” əlavələrini inkişaf etdirir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq durmadan artır. Ölkə hazırda “Facebook” istifadəçilərinin sayına görə tərtib edilən reytinqdə 86-cı yeri tutur. 2,3 milyondan çox insanı özündə birləşdirən şəbəkə ölkə üzrə ən böyük paya sahibdir.
Sosial şəbəkə istifadəçilərinin sayı artsa da, insanları real həyatdan uzaqlaşdıraraq, onlarda narahatlıq, həyəcan da yara bilir.
Psixoloq Tunar Cəfərli “virtual aləm” üzvlərini asılılıq yaranmadan, yalnız ehtiyac duyduqları zaman şəbəkə xidmətlərindən istifadəyə çağırıb:
İnkişaf etmiş ölkələrdə şəbəkələrdən diskussiya məqsədilə istifadə edilsə də, Azərbaycanda əksər insanlar ondan daha çox "Chat" kimi istifadəyə üstünlük verir. “Zamanın tələbi” adlandırdığımız şəbəkədən zamanında və düzgün istifadəyə üstünlük versək, daha doğru olar".
Aytən Novruzova / Metbuat.az