Minlərlə insan Sarkisyana qarşı: İrəvanda oturaq aksiya

Minlərlə insan Sarkisyana qarşı: İrəvanda oturaq aksiya
10:47 18 Mart 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda "siyasi məhbus" Artur Sarkisyanın həbsxanada ölməsi ölkəni bir-birinə qatıb. Son günlər etirazlar səngimir, minlərlə insan paytaxt İrəvanda ayağa qalxaraq Sarkisyan hakimiyyətinə qarşı çıxıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, ötən gün nümayişçilər oturaq aksiya keçirmək qərarına gəliblər.

Etirazçılar Sarkisyanın Qarabağ döyüşlərində ölən hərbçilərin qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Məhz bu tələblə bu gün Bakı vaxtı ilə saat 19:00-da İrəvanın Azadlıq meydanında yürüş olacaq. 

Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda minlərlə sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. On minlərlə etirazçı ölkə prezidenti Serj Sarkisyanın əleyhinə şüarlar səsləndirərək İrəvanın mərkəzi meydanına doğru hərəkət edib. 

Nümayişçilər "siyasi məhbus" Artur Sarkisyanın ölümünsə Sarkisyanı ittiham ediblər.
Etiraz aksiyasında müxaliflərlə yanaşı sadə vətəndaşlar da iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR