Tramp Merkelin GÖRÜNTÜSÜNÜ YAYDI - FOTO

Tramp Merkelin GÖRÜNTÜSÜNÜ YAYDI - FOTO
10:48 18 Mart 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp "Facebook" səhifəsində Almaniya kansleri Angela Merkelin Ağ Evə rəsmi səfəri zamanı onunla əllə görüşdüyü fotonu paylaşıb.

"Report" xəbər verir ki, ABŞ dövlət başçısı şəkilə yazdığı statusda bunları qeyd edib: "Bu gün Ağ Evdə kansler Merkeli qarşılamağım mənim üçün şərəfdir. Xalqlarımızın çoxlu oxşar xüsusiyyəti var və bizim ittifaq bütün dünya üçün güc rəmzidir".

Qeyd edək ki, daha əvvəl D.Tramp jurnalistlərin və fotoqrafların xahişlərinə baxmayaraq, Oval kabinetdə Merkelin əlini sıxmayıb. Hərçənd Oval kabinetdə iki ölkə liderinin əl sıxması ənənədir.

Bununla belə, Tramp və Merkel kanslerin Ağ Evə gəlişi zamanı və mətbuat konfransı bitəndən sonra əl sıxıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR