Rus səfirini öldürən qətllə bağlı İLGİNC DETAL

Rus səfirini öldürən qətllə bağlı İLGİNC DETAL
11:53 18 Mart 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Ankara Respublika Prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı törədilən sui-qəsdlə bağlı istintaq araşdırmalarını davam etdirir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, istintaq sözügedən hadisə ilə bağlı yeni məlumatlar əldə edib.

İstintaqa məlum olan yeni məlumatlara görə, rus səfirin qətlə yetirilməsindən təqribən 2,5 saat sonra qatil Mevlüt Mert Altıntaşın elektron poçtundakı yazışmaları silinib. Prokurorluq faktla bağlı polislərə müvafiq təlimat verib. Təlimata uyğun olaraq, qatilin elektron poçtundakı yazışmaların kim tərəfindən və nə səbəbdən silinməsi araşdırılır.

Digər tərəfdən Mevlüt Mert Altıntaşın ölümündən sonra adına yeni elektron poçt hesabı açılıb. Artıq polis həmin elektron hesabın hansı telefon nömrəsi ilə qeydiyyatdan keçdiyini və nömrənin sahibini müəyyən edib. Elektron poçtun qeydiyyatdan keçdiyi telefon nömrəsinin sahibi olan şəxs isə saxlanılıb. Hazırda onun ifadəsinin alındığı deyilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR