Qulaq çöpü həyatınızı məhv edə bilər!

“Qulağı təmizləmək üçün istifadə edilən çöplərin ucundakı pambıq deyil, sintetik məhsuldur və qulağa zərər verir”.

Bunu Metbuat.az-a açıqlamasında qulaq-burun-boğaz həkimi İlqar Əzimov deyib. O qeyd edir ki, qulağı çöplə təmizləmək, elmin qəbul etmədiyi bir prosesdir.

"Çöpün ucundakı sintetik məhsul qulağın içərisində allergiya, dermatit, qaşıntı yarada bilər. Qulağın içində kir vəziləri var. Vəzilərin funksiyası tükləri yağlamaqdır və normal halda onlar hava ilə qarışıb təmizlənir. Bəzən qulaqda hiper funksiya prosesi baş verir. Bu zaman qulağın içərisində çoxalan kir hava ilə qarışa bilmir və orada çirk əmələ gətirir. Həmin çirki heç bir şeylə çıxartmaq lazım deyil. Əgər çirk çoxdursa, mütləq həkimə getmək lazımdır".

Əslində, qulaq kirləri hesab etdiyimiz maddələr qulağımız üçün faydalıdır, ancaq qulaq çöplərindən istifadə etməklə özümüzə pislik etmiş oluruq. Bununla yanaşı kirin yığılıb qalması və eşitmənin itirilməsinə səbəb olur.

Qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir. Partlayış, yüksək səslə qışqırma, travma, güclü şillə nəticəsində cırıla bilən qulaq pərdəsi qulaq çöpü ilə də zədələnə bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR