Azərbaycanlı Gürcüstanda İNTİHAR ETDİ

Azərbaycanlı Gürcüstanda İNTİHAR ETDİ
12:27 18 Mart 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Saqareco rayonunda intihar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib.
 
Kənd sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.
 
N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb.
 
Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/527484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR