Qərb Universitetinin tələbələri könüllülük proqramlarında

Qərb Universitetinin tələbələri könüllülük proqramlarında
13:48 18 Mart 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Müxtəlif könüllülük proqramlarında, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq yarış və müsabiqələrdə Qərb Universitetinin tələbələri daim aktiv şəkildə iştirak edirlər. Universitetin tələbələrinin ictimai fəallığı, bacarıqları, xarici dil bilikləri onların bu layihələrdə özünü ən yaxşı tərəfdən göstərməsinə imkan verib.

Publika.az-ın xəbərinə görə, bu fakt Qərb Universiteti və ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün universitetdə könüllülük fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bir daha vurğulanıb.

Tədbirdə könüllülük fəaliyyəti, onun əhəmiyyəti barədə məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, könüllülük fəaliyyəti gənclərin bilik və bacarıqlarını artırır, onları gələcək peşəkar iş həyatına hazırlayır.

Sonda Qərb Universiteti və ASAN Könüllüləri Gənclər Təşkilatı arasında gənclərin könüllülük fəaliyyəti və təcrübə mübadiləsi ilə bağlı Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR