"Kəpəz" "Sumqayıt"a, "Neftçi" "İnter"ə qarşı - YENİLƏNİR

"Kəpəz" "Sumqayıt"a, "Neftçi" "İnter"ə qarşı -   YENİLƏNİR
13:57 18 Mart 2017
159 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada XXIII tura start veriləcək. Fanat.Az xəbər verir ki, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki oyun baş tutacaq.

 

Tura Gəncədə start veriləcək. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan “Kəpəz” avrokubok arzusunda olan “Sumqayıt”ı qəbul edəcək. Ardıcıl 4 matçdı uduzmayan Şahin Diniyevin yetirmələri meydana 3 xal üçün çıxacaq. Samir Abasovun komandası isə üç turluq xal həsrətinə son qoymaqla mövqeyini qorumaq niyyətindədi.

 

Qeyri-adi vaxtda başlayacaq turun mərkəzi oyununda “Neftçi” “İnter”i sınağa çəkəcək. 80 illik yubiley qeyd edən “ağ-qaralar” yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də meydana çıxacaq. Yubiley gecəsindən 3 xalla ayrılmaq arzusunda olan Elxan Abdullayevin yetirmələri “Sumqayıt”ı keçmək, avrokubok şanslarını artırmağa köklənib. Qonaqlar isə mükafat iddiasını bir daha ortaya qoymağa çalışacaq.

 

Qeyd edək ki, turun son oyunları sabah keçriləcək. "Qəbələ" AZAL-ın, "Qarabağ" "Zirə"nin qonağı olacaq.


Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXIII tur

 

18 mart

16.00 Kəpəz - Sumqayıt

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Gəncə şəhər stadionu.

 

19.37 Neftçi - İnter

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Hakim-inspektor: Məlik Həsənov.

"Bakcell Arena".


1. Qarabağ 22 15 3 4 37-11 48

2. Qəbələ 22 13 7 2 41-12 46

3. İnter 22 10 9 3 32-21 39

4. Zirə 22 8 5 9 20-23 29

5. Sumqayıt 22 6 7 9 20-29 25

6. Neftçi 22 7 2 13 17-35 23

7. Kəpəz 22 4 9 9 15-24 21

8. AZAL 22 1 6 15 9-36 9


Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter) - 7.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquot-quotsumqaytquota-quotneftciquot-quotnterquot-qar-t57003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR