İlham Əliyev: "Azərbaycan bayrağı necə ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndində də dalğalanacaq"

İlham Əliyev: "Azərbaycan bayrağı necə ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndində də dalğalanacaq"
14:32 18 Mart 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

"Onlar düzgün nəticə çıxartmalıdırlar və bilməlidirlər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bunu etmək üçün biz əlbəttə ki, uğurlu siyasət aparırıq. Hər gün, hər il biz o günü yaxınlaşdırırıq ki, Azərbaycan bayrağı necə ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndində də dalğalanacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/527514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR