Cinsi əlaqə zamanı ağrıların səbəbləri

Araşdırma nəticəsində, cinsi əlaqə zamanı hiss edilən ağrının səbəblərinə dair maraqlı məlumatlar ortaya çıxıb.

Metbuat.az bildirir ki, mütəxəssislər orta yaşlı qadınların cinsi əlaqədən zövq almamasının səbəbini açıqlayıb. 7 min ingilis qadın arasında aparılan araşdırmanın nəticələri 50 və 60 yaşlarındakı qadınların cinsi əlaqə zamanı ağrı hiss etdiyini aşkar edib. Araşdırmaya görə, disparoni olaraq bilinən seks zamanı yaşanan ağrı cinsəl quruluqdan qaynaqlanır. Disparoni estrogen səviyyəsinin aşağı olduğu klimaks dövründəki qadınlara daha çox təsir edir. Bu səbəbdən onlar cinsi əlaqədə olmaq istəmir.

Məsələ ilə bağlı məlumat verən həkim Kristin Mitçel qeyd edib ki, cinsi əlaqə zamanı ağrının (disparoni) fərqli yaş qruplarına təsir etməsinin müxtəlif səbəbləri var. Bu problem gənc qadınlarda yeni cinsi həyata başladıqları üçün və partnyorlarının yanında özlərini 100 faiz rahat hiss etmədikləri üçün yarana bilər: “Müalicə üsulu ilə həll olunan problemdir. Qadınlar qorxmasın və utanmasınlar. Mütləq həkimə müraciət etsinlər”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR