Ana 5 günlük körpəsinə işgəncə verdi

Türkiyənin Ədirnə şəhərində yaşayan D.K.-nın (şərti addır - red) yeni doğulan körpəsinə işgəncə verməsi ölkədə böyük müzakirələrə səbəb olub.

Metbuat.az bildirir ki, 5 günlük körpəsinə süd verərəkən onun ağlamağına dözə bilməyən qadın qucağından yerə ataraq döyməyə başlayıb. Körpənin səsini eşidən əmisi onu yerdən götürərək, baş verən hadisə ilə əlaqədar polis çağırıb. Xəstəxanaya aparılan körpənin bədənində çoxlu dırnaq izləri aşkar olunub.

Polis tərəfindən nəzarətə götürülən qadın körpəsini susdurmaq üçün döydüyünü bildirib. Faktla bağlı cinayət işi açılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR