Evlərin və mağazaların "qənimi" olan şəxslər ələ keçdi - Coratda

Evlərin və mağazaların "qənimi" olan şəxslər ələ keçdi - Coratda
15:39 18 Mart 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

 

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də şəhər ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər ələ keçib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, onlar  Corat qəsəbə sakinləri Tapdıq İbrahimov və Amil Əzimov olub. Tutulan şəxslər əvvəllər məhkum həyatı yaşayıb.

 

Ətraflarında aparılan tədbirlərlə onların ötən il daha 6 evdən pul, qızıl və məişət əşyaları, 3 mağazadan pul, ərzaq məhsulları və tütün məmulatı, habelə 2 nəfərin ciblərindən pul oğurlamaları da müəyyən edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR