Qadınları Dubaya aparan Sumqayıt sakini tutuldu

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Metbuat.az xəbər verir ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü, Sumqayıt şəhər sakini Sadıxova Esmira Eldar qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək ölkə vətəndaşları olan qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR