"Kəpəz"dən ardıcıl ikinci qələbə

"Kəpəz"dən ardıcıl ikinci qələbə
18:33 18 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

Publika.az xəbər verir ki, açılış oyununda "Kəpəz"lə "Sumqayıt"la üz-üzə gəlib. Gəncə şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 45-ci dəqiqədə Dario Federiko vurub.

Beləliklə, "Kəpəz" ardıcıl 2-ci qələbəsi sayəsində 24 xalla 6-cı pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 25 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, günün növbəti oyununda "Neftçi" "İnter"i qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 19:37-də başlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR