Bakıda mənzildən 18 min manat OĞURLANDI

Bakıda mənzildən 18 min manat OĞURLANDI
18:42 18 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildən 18 800 manat pul oğurlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində İntiqam Fərəcova məxsus evdən 18 800 manat pul oğurlayıb.

Aparılan araşdırma nəticəsində əməli törədən şəxs və ya şəxslərin pəncərəni açaraq içəri daxil olduqları müəyyənləşib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/527551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR