Bakıda yanğın hadisəsi baş verib.
Metbuat.az FHN-nin saytına istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda tikilməkdə olan 2 ədəd çoxmərtəbəli yaşayış binasının qarşısında ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli plastik üzlükdən ibarət ofis üçün nəzərdə tutulmuş tikilinin yanar konstruksiyaları, içərisində olan sənədlər və əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.