Siz haradan bilirsiz ki, peyğəmbərimiz və səhabələri niyyəti dil ilə deməyiblər?

Siz haradan bilirsiz ki, peyğəmbərimiz və səhabələri niyyəti dil ilə deməyiblər?
19:17 18 Mart 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Niyyət etmək qəlbində bir işə məqsədi olmaq deməkdir. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz.  İslam tarixindən məlumdur ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) və səhabələrin (Allah onlardan razı olsun) heç biri ibadətlərdə niyyəti dil ilə tələffüz etməyiblər. "...Niyyətin dillə deyilməsi ilə bağlı bir söz də olsa belə peyğəmbərdən nə səhih, nə zəif, nə müsnəd, nə də mürsəl yollarla bir hədis rəvayət edilməmişdir. Eləcə də heç bir səhabədən belə bir hərəkət rəvayət olunmamışdır. Nə tabiinlər, (səhabələrin ardıcılları) nə də digər böyük alimlər bunu yaxşı əməl kimi qəbul etməmişlər". (İbn Qeyyim, Zədul-Məad kitabı, 1/51).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Şeyxul İslam İbn Teymiyə bu barədə buyurmuşdur: "Qüsl, təyəmmüm, namaz, oruc, zəkat və s. ibadətlərə niyyət edərkən, dil ilə tələffüzün olmamasında mötəbər islam alimləri ittifaq etmişlər, hətta onların ittifaqına görə niyyətin yeri qəlbdir. Peyğəmbər, nə də müsəlmanlardan heç kəs buyurmayıb ki, niyyəti dil ilə tələfüz edin. Əgər bu şəriətlə icazəli olsa idi, peyğəmbərimiz onu əsla unutmazdı. Hətta niyyəti dil ilə tələffüz etmək ağla və dinə də bir nöqsandır. Belə ki, dində bu bidətdir (yenilikdir), əqli cəhətdən isə bu bir kəsin yemək yemək istəyinə bənzəyir və o deyir: Niyyət edirəm ki, əllərimi bu qaba salım bu tikəni götürüm və onu ağzıma qoyuram ki, onu çeyniyim, sonra uduram ki doyum. Kim belə bir şey edərsə, onun ədəbləndirilməsi və bidəti etiqad etməkdən çəkindirilməsi gərəkdir". (əl-Fətava əl-Kubra kitabı, 1/214-215).
Niyyət dil tələffüz etmək yalnız həcc və ümrə ziyarətlərində isə icazəlidir. Bu da səhih rəvayətlərlə öz təsdiqini tapıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR