“Neftçi”dən yubiley nömrələri və forması - FOTO

“Neftçi”dən yubiley nömrələri və forması - FOTO
19:42 18 Mart 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 80 illik yubileyini qeyd edən "Neftçi" meydana qeyri-adi forma və nömrələrlə çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Premyer Liqanın XXIII turunun "İnter"lə görüşünə keçmiş illərdəki forması ilə başlayıb.
 
Üstəlik komandanın futbolçuları geyindikləri ənənəvi nömrələrlə deyil, klassik variantla meydana daxil olub. Oyunçular 1-dən 11-dək olan klassik nömrələrə üstünlük verib.
 
Ehtiyat oyunçular da 12-dən 18-dək olan sırayla nömrələnib. Bu isə əvvəlki illərdə olan qaydaları xatırladır.
 
Qeyd edək ki, oyun az sonra, "Neftçi"nin yaranma ilini - 1937-ci ili təcəssüm edən vaxtda - 19:37-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR