Bütün yollar MÜHARİBƏYƏ, Şuşa və Xankəndi... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bütün yollar MÜHARİBƏYƏ, Şuşa və Xankəndi... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
20:03 18 Mart 2017
185 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda növbəti əfv verilib. Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Fransaya səfər edib. Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya səfər edib. Ekspertlər isə Dağlıq Qarabağda müharibə və toqquşmaların qaçılmaz olacağını düşünürlər. Ermənistanda isə parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır. Həftənin gündəmində yer alan mövzulardan biri də Türkiyə və Avropa ölkələri arasındakı gərginlik oldu. Vaşinqton Pxenyanı müharibə ilə hədələdi.

Azərbaycanda növbəti əfv verilib. Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.

Prezident bu şəxsləri əfv etdi - ADLAR (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Dövlət başçısı Azərbaycanın işğal olunmuş ərazilərində Avropadan, həmçinin Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı narahatlığını dilə gətirib.

Prezident: "İşğal altındakı ərazilərimizdə Avropadan olan bəzi şirkətlərin fəaliyyəti qəbuledilməzdir" - FOTO

İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Parisdə fransalı həmkarı Fransua Ollandla görüşüb. Azərbaycan dövlət başçısı Fransua Olland ilə mətbuata birgə bəyanatı zamanı bildirib ki, tezliklə status-kvonun dəyişdirilməsini və Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasını istəyir.

İlham Əliyev: "Biz istəyirik ki, tezliklə münaqişəyə son qoyulsun"

Fransa prezidenti də qeyd edib ki, Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir: “Mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük".

Martın 16-da Bakıda ikigünlük V Qlobal Forum başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında çıxışı zamanı Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişəni region üçün təhlükə adlandırıb.

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. Bu, ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında da təsdiqini tapıb”, - Prezidenti İlham Əliyev söyləyib.

Prezident: "Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir"

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişməlidir.

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Siyasətimizin əsas məsələsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən dövlət başçımız nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyini vurğulayıb.

Martın 14-də Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edib. Bir gün sonra isə Sarkisyanla Rusiya przidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşün yekunları ilə bağlı Vladimir Putin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin nizamlanması yollarının axtarılmasında köməyini davam etdirir.

“Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də İrəvan və Bakı ilə birbaşa münasibətlər çərçivəsində bu münaqişənin qarşılıqlı münasib həllinin tapılmasına hər cür dəstəyini göstərməyə davam edir", - Rusiya prezidenti deyib.

Ekspertlər isə Dağlıq Qarabağda müharibə və toqquşmaların qaçılmaz olacağını düşünürlər. Məsələn, erməni politoloq Ara Papyan bu fikirdədir. Papyan münaqişənin həlli ilə bağlı Rusiyannın təklif etdiyi “Kazan düsturu”ndan danışıb. Hansı ki, bu “Madrid prinsipləri” əsasında hazırlanıb.

İrəvanın “5 rayon və 600 min qaçqın” planına qarşı MÜHARİBƏ HAZIRLIĞI

“Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq”.

Martın 16-da “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib. “Azad demokratlar” partiyasından deputatlığa namizəd Anait Baxşyan Artur Sarkisyanın ölümünün Ermənistanda hakimiyyət dəyişikliyinin anonsu olduğunu deyib.


Sarkisyanın qəfil ölümü: Ermənistanda alternativ hökumət qurulur

Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib.

Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır. Armavir rayonunun Crarat kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında silahlı toqquşmadan sonra gərginlik davam edir.

“Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini açıqlayıb. Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın yaratdığı “Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş verib.

Siyasi müşahidəçilər Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinin qanlı olacağını deyirlər.

Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO

Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır.

“Jamanak” qəzetinin yazdığına görə Ermənistanda hakimiyyətə qarşı silahlı üsyan hazırlanır. Nəşr yazır ki, “Ohanyan-Raffi-Oskanyan” bloku seçkidə parlamentdə təmsil olunmasalar, silahlı üsyan başlayacaq. Qeyd edilir ki, İrəvanda, həmçinin, Ermənistanın digər bölgələrində “Sasna Srer -2” ssenarisi hazırlanır.

Dövlət binaları tutulacaq, silahlar... - Kremlin Qarabağ planına qarşı QİYAM

Ermənistanda hakimiyyətə qarşı silahlı üsyan hazırlanır.

Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenkonun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir. O, martın 14-də Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfransda qeyd edib ki, ATƏT-in Minsk qrupu vasitəçilik imitasiyası edib.

M.Şevçenko bidirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin məğlubiyyəti, onun üzvləri, xüsusilə də ABŞ və başqaları vəziyyətin həllində maraqlı deyillər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni FORMAT təklifi

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Regional Post –Caucasus” jurnalına müsahibəsində Türkiyə-Ermənistan münasibətlərindən danışıb.Onun sözlərinə görə, Moskva Ermənistan və Türkiyənin danışıqlarına kömək etməyə hazırdır.

Dağlıq Qarabağ yaddan çıxdı: Moskvadan Bakını QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT

Həftənin gündəmində yer alan mövzulardan biri də Türkiyə və Avropa ölkələri arasındakı gərginlik oldu. Türkiyə və Niderland arasında diplomatik böhran böyüməkdə davam edir. Hiderlandın Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verməməsi, eyni zamanda ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxılmaması Ankara və Amsterdam arasında qalmaqal yaradıb.

Ankara isə Avropa İttifaqını miqrant razılaşması üzərində hədələyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Avropa İttifaqı Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimini tətbiq etməsə, Ankara miqrant razılaşması ilə əlaqədar addımları atacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Niderlanda Srebrenitsa soyqırımında oynadıqları rolu xatırladıb. “Onların əxlaqına 8 min bosniyalını qətlə yetirmələrindən bələdik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır” - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti: “Hollandiyanı Srebrenitsa soyqırımından tanıyırıq”

BMT 1993-cü ildə Srebrenitsanı bosniyalılar üçün təhlükəsiz bölgə elan edib.

Avstriya hökuməti də türk siyasətçilərin seçki kampaniyalarının keçirilməsini qadağan edib. Bu barədə Avstriya Baş naziri Kristian Kern açıqlama yayıb. “Türk nazirlər referendum üçün Avstriyada seçki kampaniyası keçirmək istəsə, buna mane olmağa çalışacağam. Cəmiyyətin təhlükəsizliyinə görə belə cəhdin qarşısını almalıyam”, - o deyib.

Niderlandda maraqla gözlənilən parlament seçkilərinin nəticələri dəqiqləşib. Avropanın, bütün dünyanın əsas diqqəti ultrasağçıların qələbə qazanıb-qazanmayacağına yönəlmişdi. Lakin bu baş vermədi. Seçkilərdə 33 mandat qazanan baş nazir Mark Ruttenin lideri olduğu Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) qələbə qazanıb. İrqçi lider Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) isə gözlədiyi partlayışı edə bilməyib.

“Brexit” və Trampdan sonra... – QİYAMƏT TƏXİRƏ SALINDI

Ankara S-400 “Triumf” zenit-raket komplekslərini NATO-nun hava hücumundan müdafiə sistemi ilə birləşdirməyəcək. Bu haqda Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı bir gün əvvəl isə S-400 zenit-raket kompleklərinin çatdırılmaları üzrə Moskva ilə danışıqlarda irəliləyişin olduğunu bildirib. Amma qeyd edib ki, hələlik konkret razılıq yoxdur.

Putin və Ərdoğan son nöqtəni qoymağa yaxındır – NATO-ya SARSIDICI ZƏRBƏ

Suriya prezidenti Bəşər Əsəd Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə Avropanın ünvanına ağır ittihamlar səsləndirib. Əsədin sözlərinə görə, bir sıra Avropa ölkələrinin Suriya və Yaxın Şərq dövlətləri ilə bağlı səhv siyasəti regionda terrorizmin yayılmasına gətirib çıxarıb.

“Dəməşqə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı Avropa ölkələrinin siyasəti terrorizmin yayılmasına və Avropa ölkələrinə qaçqınların böyük axınına gətirib çıxardı”, - Əsəd bildirib.

Suriya böhranının həlli üzrə Astana danışıqlarının növbəti raundu 14-15 mart tarixlərində keçirilib. Suriyanın silahlı müxalifəti danışıqlara qatılmayıb.

ABŞ prezidenti Donald Trampın İŞİD-i məhv etmə planının detalları mediaya sızıb. “NBC Nerws”un məlumatına görə, artıq həmin gizli plan hazırdır.

Məxfi müharibə planı ÜZƏ ÇIXDI: düşməni 3 mərhələdə MƏHV EDƏCƏK DETALLAR

Düşməni 3 mərhələdə məhv ediləcək

Rusiya hökuməti Gürcüstandan bitərəfli ayrılan Cənubi Osetiya separatçı refimin müxtəlif hərbi hissələrinin Rusiya ordusunun tərkibinə daxil olması haqqında “razılaşma”nı təsdiqləyib. “Razılaşma”ya əsasən, bundan sonra qondarma respublikanın hərbi biletləri Rusiya ərazisində tanınacaq.

Xatırladaq ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra qondarma rejimin müstəqilliyi Rusiya tərəfindən tanınıb.

Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaların müddətinin daha 6 ay – 2017-ci il sentyabrın 15-nə kimi uzadıb. Sanksiyalara məruz qalan şəxslərin maliyyə aktivləri dondurulur və Avropa İtttifaqına üzv ölkələrə girişi qadağan edilir. Qeyd edilir ki, sözügedən şəxslər Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini pozmaqda ittiham olunur.

“Qara siyahı” təkrar gözdən keçirilib. Ölümü ilə əlaqədar iki nəfər siyahıdan çıxarılıb.

Böyük Britaniya Baş naziri Tereza Mey Şotlandiyada müstəqilliklə bağlı ikinci referendumun keçirilmə tarixini təsdiqləməkdən imtina edib. Mey bu barədə qərarını jurnalistlərə açıqlamasında söyləyib.

Qeyd edək ki, Şotlandiya bir müddət öncə müstəqilliklə bağlı ikinci referendum keçirəcəyini açıqlayıb. Şotlandiyanın Birinci naziri Nikola Stercen bu addımı şotlandları “Brexit”dən qorumaq üçün atdığını bəyan edib. Şotlandiyada müstəqilliklə bağlı ilk referendum 2014-cü ildə keçirilib. O zaman əhalinin 55 faizi Britaniyadan ayrılmağın əleyhinə səs vermişdi.

Liviyanın şərqində fəaliyyət göstərən hökumət Rusiyadan hərbi qulluqçuların təliminə və hərbi texnikanın təmirinə kömək etməyi xahiş edib. Bu haqda Liviya Nümayəndələr Palatasının (parlament) spikeri Akilya Saleh İsa “RİA-Novosti” agentliyinə bildirib.

Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ

"Rusiya terrorizmlə mübarizədə bizə kömək etməyə söz verib”

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasına Donetsk və Luqansk “xalq respublikaları” ilə nəqliyyat əlaqəsini tamamilə dayandırmağı təklif edib. “Milli Təhlükəsizlik və Müdafiə Şurasına işğal olunmuş ərazilərlə nəqliyyat əlaqəsinin tamamilə dayandırılmasını haqqında qərar qəbul etməyi təklif edirəm. Bu qadağa işğalçılar tərəfindən oğurlanmış Ukrayna müəssisələrinin Ukraynanın yurisdiksiyasına qaytarılacağına qədər davam edəcək”, - Poroşenko deyib.

Ukrayna prezidenti vurğulayıb ki, “DXR” və “LXR”in təklif etdiyi şərtlərlə işləməyə razılaşan müəssisələr sanksiyalara məruz qalacaqlar.

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahını inkişaf etdirməyə davam edəcəyi halda hərbi müdaxilə variantı da gündəmə gələ bilər. Bunu Cənubi Koreyaya səfər edən ABŞ dövlət katibi Reks Tillerson bu ölkənin xarici işlər naziri Yun Ben Senlə görüşündə deyib. Tillerson nüvə silahından imtinanı KXDR-in təhlükəsizliyi və iqtisadi inkişafı üçün tək yol adlandırıb:

“Şimali Koreya anlamalıdır ki, təhlükəsizlik və iqtisadi çiçəklənməyə nail olmaq üçün kütləvi qırğın silahının hazırlanmasından, həmçinin nüvə silahı və ballistik raketlərdən imtina etmək tək yoldur”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/191875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR