Millimizin üzvü qol vurdu, alman klubuna xal qazandırdı

Millimizin üzvü qol vurdu, alman klubuna xal qazandırdı
20:17 18 Mart 2017
144 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin yeni üzvü Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.


Fanat.Az xəbər verir ki, Frankfurt təmsilçisi öz meydanında “Hoffenhaym”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.


Oyunda hesabı qonaqlar açıb. Renat Dadaşov isə matçın 76-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurub. 


Qeyd edək ki, Dadaşov ötən tur het-trik etmişdi. Qış fasiləsində "Ayntraxt"a transfer olunan futbolçu bu komandanın heyətində 5-ci qolunu vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-qol-vurdu-alman-klubuna-xal-qazandrd-t57010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR