"Meydançadan şikayət etməyə ehtiyac yoxdu" - Şahin Diniyev

"Meydançadan şikayət etməyə ehtiyac yoxdu" -   Şahin Diniyev
20:17 18 Mart 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

“Bu qələbəni azarkeşlərimizə bayram hədiyyəsi etdik. Gərgin oyun oldu. Ümumiyyətlə, son matçlarımız gərgin keçir.  Bu gün bizə oyundan çox nəticə lazım idi. Sevinirəm ki, komandam son 5 oyundur məğlub olmur. Bir neçə qol vəziyyətimiz var idi, fərqlənə bilərdik. Layiqli qələbə qazandıq”.

 

Bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 23-cü turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.


O bildirib ki, Gəncə stadionundan razı qalmayan qonaq komandalar haqlı deyillər: “Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm. Bu meydança ən çox bizə mane olur. Çünki hücum quran futbolçularımız texnikalıdırlar, amma bu stadionda istədiklərini göstərə bilmirlər. Demək istəyirəm ki, meydançadan şikayət etməyə ehtiyac yoxdur. Çünki biz burda məşq etmirik ki, nəyinsə üzərində çalışaq. Hər iki komanda üçün meydança eyni olur. Artıq dillər əzbəri olub, hamı meydançamızdan şikayətlənir. Mənə elə gəlir ki, bu, səbəb deyil”. (sportal.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmeydancadan-ikayt-etmy-ehtiyac-yoxduquot-t57008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR