Merkuri planeti Günəş sistemindən kənarda yaranıb?

Merkuri planeti Günəş sistemindən kənarda yaranıb?
20:42 18 Mart 2017
204 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya alimləri tərəfindən aparılan bir araşdırma nəticəsində, Merkuri planetinin Günəş sistemindən kənarda yaranmış ola biləcəyi müəyyən olunub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yaponiyanın Osaka şəhərində yerləşən Kindai Universitetindəki alimlər araşdırmalarını modelləşdirmə əsasında həyata keçiriblər və Merkuri planetinin hazırda Günəş sistemindəki mövcud olduğu yerdə formalaşması ehtimalının çox aşağı səviyyədə olduğunu müəyyən ediblər
Araşdırmalar vaxtı həyata keçirilən ümumilikdə 110 modelləşmənin yalnız 9-da Merkuri xüsusiyyətlərini əks etdirən planetin formalaşdığı görünüb.
Bundan sonra alimlər Merkuri planetinin Günəş sistemindən kənarda yaranmış bir qonaq planet ola biləcəyi ideyasını irəli sürüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR