12 yaşlı oğlan yıxıldı, ayağını qırdı

12 yaşlı oğlan yıxıldı, ayağını qırdı
21:12 18 Mart 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda 12 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Bozalqanlı kəndində baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Tanrıverdiyev Amin Ramin oğlu yaşadığı evdə oyun oynarkən hündürlükdən yıxılaraq sağ ayağını qırıb. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən 12 yaşlı uşağın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR