Elçi gələn oğlanın yanında baş örtüsünü açmaq olarmı?

Elçi gələn oğlanın yanında baş örtüsünü açmaq olarmı?
21:27 18 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsəlman qadın ona elçi gəlmiş kişinin yanında baş örtüsünü aça bilər. Yəni evdə adəti üzrə necə gəzirsə, o halda da məhrəmi ilə birlikdə elçi düşən oğlanın qarşısına çıxa bilər. Həmçinin bəzənməməli və zinət əşyalarından da istifadə etməməlidir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadınla evlənmək istədikdə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar". (Tirmizi, Nəsai, İbn Macə). Lakin naməhrəmlə yanında məhrəmi olmadan görüşmək olmaz: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd).
Qeyd edək ki, bəzi alimlər bu halda baş örtüsünü açmağı qadağan etmişlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR