Novruz Tiflisdə qeyd olundu

Novruz Tiflisdə qeyd olundu
21:39 18 Mart 2017
137 Digər
Ölkə mətbuatı
A- A+

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR şirkətinin dəstəyi və Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Mədəniyyət Muzeyinin  direktoru Leyla Əliyeva açaraq Novruz bayramı və onun atributları haqqında bayram iştirakçılarına ətraflı məlumat verib.

 

Sonra tədbirdə  Azərbaycanin Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Giorgi Qeqeçkori, Ş. Rustaveli adına Teatr Universitetinin direktoru Qoqi Dolidze və sairləri çıxış edərək, Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

 

Novruz bayramına həsr olunan tədbirdə bayrama aid “Bahar  rəngləri” adlı sərgi təşkil olunub. Sərgidə Azərbaycan mədəni irs nümunələri, bayramın atributları olan şirniyyat növləri, xalçalar, kilimlər və qədim qablar da nümayiş olunub. Sonra Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.

 

Tədbirə Tiflisdə yaşayan və fəaliyyət göstərən Gürcüstanın mədəniyyət və ictimai xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, jurnalistlər, gürcü və azərbaycanlı ziyalıları, azərbaycanlı tələbələr qatılıblar.

 

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Giorgi Qeqeçkori  APA-ya açıqlamasında Gürcüstanda hamının Novruz bayramını sevdiyini vurğulayıb: “Biz hər dəfə bu gözəl Novruz bayramı gələndə çox sevinirik. Bu bayram bizi birləşdirir, sevindirir və sülhə, dostluğumuzu daha da möhkəmləndirməyə  çağırır”. 

 

 

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR