Antibiotiklərlə bağlı mühüm kəşf

Antibiotiklərlə bağlı mühüm kəşf
21:42 18 Mart 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər müqavimətli bakteriyaların yenidən antibiotiklərə qarşı həssas olmalarının yolunu kəşf ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Danimarkanın Kopenhagen və ABŞ-ın Ross universitetlərinin alimləri çoxlu dərman müqavimətinə malik K. pnevmoniya (Klebsiella pneumoniae) və E.koli (Escherichia coli) bakteriyaları üzərində araşdırma aparıblar. Alimlər araşdırma zamanı həmin bakteriyaların antibiotiklərə qarşı mövcudluğunu qoruyub inkişaf etmələrinə imkan verən mühüm genləri aşkar edib zərərsizləşdirərək, bakteriyaların antibiotik müqavimətini sındırmağı bacarıblar.
Tədqiqatçılar hər bir bakteriya geninin antibiotik müqavimətinə qatqısını araşdırıblar və K. pnevmoniya bakteriyasını ən güclü antibiotiklərdən biri olan kolistinin mövcudluğuna qarşı müqavimətli vəziyyətə gətirən bəzi genləri müəyyən ediblər. Alimlər bunların içinə "dedA" adlı genin yerləşdirilməsinin bakteriyanın antibiotik müqavimətini tamamilə sındırdığını görüblər.
Digər tərəfdən, tədqiqatçılar E.kolinin beta-laktam antibiotikinə qarşı müqavimətinin qarşısının alınmasında da analoji genlərin yerləşdirilməsinin təsirli olduğunu müəyyən ediblər. Bu üsulun antibiotiklərə kömək edən yeni dərmanların istehsal edilməsinə səbəb olacağı bildirilir.
Professor Luka Qardabassi araşdırma ilə bağlı bunları deyib: "Kəşfimiz super mikrobların da məğlubedilməz olmadığını sübut edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR